Modern.az

“Qarabağ” sonuncu oyunda heç-heçə etdi

“Qarabağ” sonuncu oyunda heç-heçə etdi

Aktual

25 Yanvar 2022, 20:55

"Qarabağ" klubu Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

 

Modern.az xəbər verir ki, ağdamlılar Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. 

 

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.

 

"Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı