Modern.az

Pokurorluq adından saxta hesab açanlara XƏBƏRDARLIQ

Pokurorluq adından saxta hesab açanlara XƏBƏRDARLIQ

مورد توجه

26 Yanvar 2022, 15:20

Sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində “Facebook” sosial şəbəkəsində Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından “fake” (saxta) hesabların açılması müəyyən edilib.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

 


Rəsmi məlumata görə, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş facebook, instagram, youtube, telegram sosial şəbəkərindəki rəsmi səhifələrindən  başqa hər hansı digər hesabları mövcud deyildir:

 

"Odur ki, vətəndəşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.
Eyni zamanda, dövlət qurumlarının adından  saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilir".


Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri:


"Facebook" səhifəsi – (link: //www.facebook.com/prokurorluq/)


"İnstagram" səhifəsi – (link: //www.instagram.com/prokurorluq/)


"Telegram" kanalı – (link: //t.me/prokurorluq)


“Youtube” kanalı – (link: //www.youtube.com/user/prokurorluq )


“Twitter” səhifəsi – (link: //twitter.com/prokurorluq )

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı