Modern.az

Ukraynanın son həftəsi... - Təsirli FOTOLAR

Ukraynanın son həftəsi... - Təsirli FOTOLAR

Aktual

26 Mart 2022, 13:32

Rusiya-Ukrayna müharibəsinin 33-cü günüdür. Qanlı döyüşlər davam edir. Geridə qalan günlər ərzində hər iki tərəf ağır itkilər verib. 

 

Son bir ay ərzində Ukraynadakı müharibədə mindən çox dinc sakin ölüb, 3 milyondan artıq vətəndaş qaçqın düşüb. Müharibə təkcə rəqəmləri, statistikaları, ölümcül döyüşləri deyil, həm də dinc sakinlərin ağrı-acısını, onların doğma yurdlarının didərgin düşməsinini özündə ehtiva edir.  

 

Modern.az saytı son bir həftədə Ukraynada lentə alınan fotoları təqdim edir: 

 

 

İnsanlar Lvovdakı yeraltı sığınacaqda gizlənir - 22 mart

 

 

Svetlana İlyuhina Rusiyanın raket hücumundan sonra Kiyevdəki evinin dağıntılarına baxır: “Əvvəlcə tüstü çıxdı, sonra hər şey qaraldı” - 23 mart

 

 

Şəkillər Kiyevdə bir evin dağıntıları arasındadır - 23 mart 

 

 

Ukrayna Milli Qvardiyası qrupunun üzvləri Lvov şəhərində konsert verərkən “Taras Şevçenko” abidəsi önündə bayraq tutan uşaq - 24 mart 

 

 

Yaşlı sakin Vasil Nevolov pianonun yanında tək oturub, keçmişi yada salır. O, 50 il Kiyevdə sənətşünas və professor kimi yaşadıqdan sonra doğma şəhərindən qəfil çıxmağa məcbur olub: "Evimin ətrafında hər şey dağıdılıb" - 24 mart

 

 

Ukraynanın paytaxtı Kiyev yaxınlığında üfüqdə tüstü görünür - 25 mart 

 

 

Rusiyanın Xarkova hücumundan sonra yanan mağazadan əşyalarını çıxaran əlacsız adam - 25 mart

 

Hazırladı: Fatma Abdulla

 

Ukraynada lentə alınmış digər fotolara slayd bölümündən baxa bilərsiniz:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı