Modern.az

Ağdamda işçi qrupunun iclası keçirilib - FOTO

Ağdamda işçi qrupunun iclası keçirilib - FOTO

Aktual

16 Fevral 2023, 16:48

Ağdam şəhərindəki Konfrans Mərkəzində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin “Şəhərsalma məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib.

 

Tədbirdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Azərişıq”, “Azərsu” və digər qurumların təmsilçiləri iştirak ediblər.

 

Moden.az xəbər verir ki, iclasda Ağdamda aparılan tikinti-quruculuq işləri, rayonun ilk bərpa ediləcək kəndlərin tikinti layihələri, Ağdam şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi istiqamətində görülmüş işlər, bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi, su təminatı, eləcə də infrastruktur təminatı obyektləri üzrə görüləcək işlərin vəziyyəti müzakirə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı