Modern.az

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxdı

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxdı

Aktual

21 Fevral 2023, 18:32

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

 

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 10-na təyin edilmiş iclasında baxılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı