Modern.az

Yaponiya Moskvaya qarşı sanksiyaları genişləndirir

Yaponiya Moskvaya qarşı sanksiyaları genişləndirir

Güncel

25 Fevral 2023, 16:00

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, Baş nazir Fumio Kişida bununla bağlı qərar qəbul edib.

 

Məlumata görə, yeni sanksiyalar fərdi şəxslərin, təşkilatların və maliyyə institutlarının aktivlərinin dondurulması ilə bağlıdır. Bundan başqa, ixracı qadağan olunan məhsulların siyahısı genişləndiriləcək.

 

Qeyd edək ki, Yaponiyanın Ukrayna müharibəsi ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyalar ümumilikdə 900 şəxsi və 50-dən çox təşkilatı əhatə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı