Modern.az

Qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırıldı

Qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırıldı

Aktual

1 Mart 2023, 09:46

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.

 

“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı