Modern.az

Xarici jurnalistlər azad olunmuş ərazilərdə - YENİLƏNİB

Xarici jurnalistlər azad olunmuş ərazilərdə - YENİLƏNİB

Current

3 Mart 2023, 13:24

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun ötən gün Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş jurnalistlərin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, əvvəlcə Sarıcalı kəndinə gələn xarici media nümayəndələrinə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilir.

 

Xarici jurnalistlər sonra Ağdam şəhərində Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Cümə məscidinə, Dram teatrının binasının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirəcəklər.

 

Media nümayəndələri, həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə də tanış olacaqlar.

***

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdam və Füzuli rayonlarına, eləcə də Şuşa şəhərinə səfər edəcəklər.

 

Modern.az xəbər verir ki, səfərdə 30-dan çox jurnalist iştirak edəcək.

 

Bu gün xarici mətbuat nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonunu ziyarət edəcək, burada ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olacaq, habelə işğal zamanı dağıdılmış mülki obyektlərə, dini və mədəni-tarixi abidələrə, o cümlədən “İmarət” kompleksinə, Şəhidlər xiyabanına və Dram teatrına baş çəkəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı