Modern.az

Mənimsəmədə təqsirləndirilən gənclə bağlı YAP-dan AÇIQLAMA

Mənimsəmədə təqsirləndirilən gənclə bağlı YAP-dan AÇIQLAMA

Актуально

3 Mart 2023, 12:42

Bəzi informasiya resurslarında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə külli miqdarda mənimsəmədə ittiham olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Cəbrayıl Fərzəliyevin Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü olduğu iddia edilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə YAP Gənclər Birliyinin açıqlamasında deyilir.

 

"Bildiririk ki, YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət üzvləri sırasında Cəbrayıl Fərzəliyev adlı şəxs yoxdur.

 

YAP Gənclər Birliyi olaraq saytlara və sosial şəbəkə istifadəçilərinə dəqiqləşdirilməmiş məlumat paylaşmamağı tövsiyə edir, belə halların yolverilməzliyini nəzərə alaraq diqqətli olmağ xahiş edirik", - açıqlamada qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı