Modern.az

Yel çərşənbəsində 20 min ağac əkilib

Yel çərşənbəsində 20 min ağac əkilib

مورد توجه

7 Mart 2023, 17:50

Novruz bayramının əlamətdar günlərindən olan Yel çərşənbəsində Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Bərdə, Tovuz, Şəmkir və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.

 

Bu barədə Modern.az-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

 

"Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 20 000 müxtəlif növ ağac tingi əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı