Modern.az

Kollecə zərbədə ölənlərin sayı 21-ə çatdı

Kollecə zərbədə ölənlərin sayı 21-ə çatdı

Dünya

Bu gün, 00:57

Ukrayna ordusunun Luqanskın Starobilsk şəhərindəki kollecə PUA zərbəsi nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib.

Ukrayna ordusunun Luqanskın Starobilsk şəhərindəki kollecə PUA zərbəsindən sonra xilasedicilərin dağıntıları təmizləməsi başa çatıb və hadisə nəticəsində ölənlərin hamısı dağıntılar altından çıxarılıb.

Axtarış əməliyyatı başa çatıb.



***

18:57



Ötən gün Ukrayna ordusunun Luqanskın Starobelsk şəhərində yerləşən peşə kollecinin yataqxanasına etdiyi PUA hücumu nəticəsində ölənlərin sayı 18-ə nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (MÇS) məlumat yayıb.

Məlumata görə, xilasedicilər tərəfindən Luqansk Pedaqoji Universitetinin tabeliyində olan Starobelsk kollecinin beşmərtəbəli yataqxana binasının dağıntıları altından daha dörd nəfərin meyiti çıxarılıb. Hücum zamanı binada 14-18 yaş arası 86 yeniyetmənin olduğu bildirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 42-yə yüksəlib.

Rusiya rəsmiləri hadisə yerində axtarış-xilasetmə tədbirlərinin davam etdiyini, hələ də dağıntılar altında ən azı 3-5 nəfərin qaldığını qeyd ediblər.

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən terrorizm maddəsi ilə cinayət işi açılıb.

 

***

14:59


Rusiyanın nəzarətində olan Ukraynanın Luqansk vilayətinin Starobelsk şəhərində kollec yataqxanasına təşkil edilən hücum nəticəsində 12 nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya rəsmi orqanları açıqlama yayıb.

Hücumdan sonra daha 9 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, hazırda hadisə yerində dağıntıların təmizlənməsi və axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Rusiya dövlət başçısı Vladimir Putin Müdafiə Nazirliyinə Ukrayna ordusunun bu zərbəsinə cavab verilməsi üçün xüsusi təkliflər planı hazırlamaq barədə rəsmi əmr verib. Putin belə bir vəziyyətdə yalnız bəyanatlarla məhdudlaşmağın qeyri-mümkün olduğunu kəskin şəkildə vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı