Modern.az

Futblçu boksçu ilə döyüşəcək

Futblçu boksçu ilə döyüşəcək

İdman

Bu gün, 01:36

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç ağır çəkidə keçmiş dünya çempionu, britaniyalı boksçu Tayson Fyuri ilə baxış duelində iştirak edib və onunla rinqə çıxacağına eyham vurub.

Modern.az xəbər verir ki, İbrahimoviç bununla bağlı fotonu "X" sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşımına belə şərh verib: "Təcili xəbər! Döyüş avqustun 1-də İrlandiyanın Dublin şəhərində baş tutacaq. Boksu yenidən möhtəşəm edək".

Qeyd edək ki, 37 yaşlı Fyurinin peşəkar karyerasında 35 qələbə var. Bu qələbələrin 24-ü nokautla əldə olunub. Britaniyalı boksçu iki dəfə məğlub olub, bir görüş isə heç-heçə ilə başa çatıb.

44 yaşlı Zlatan İbrahimoviç futbolçu karyerasını 2023-cü ilin yayında başa vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı