Modern.az

İranda iki agent edam olundu

İranda iki agent edam olundu

Dünya

22 May 2026, 02:03

İranda hakimiyyət orqanlarının "gizli separatçı terror təşkilatı"nın üzvləri kimi təqdim etdiyi iki nəfər edam olunub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Ramin Zaleh və Kərim Maarofpurdan gedir. İran tərəfi onları ölkənin təhlükəsizliyini pozmağa yönəlmiş silahlı qruplaşma yaratmaqda, silahlı qiyam hazırlamaqda və separatçı təşkilatın maraqları naminə terror aktları planlaşdırmaqda ittiham edib.

Bildirilir ki, iş məhkəmə instansiyalarında araşdırıldıqdan və hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra təqsirləndirilən şəxslər barəsində çıxarılan edam hökmü icra olunub.

Hadisə ilə bağlı təşkilatın adı, eləcə də hökmün hansı ərazidə icra edildiyi barədə əlavə məlumat açıqlanmayıb.

İran hakimiyyəti mütəmadi olaraq silahlı qruplaşmalar, casusluq fəaliyyəti və terrorçuluqla əlaqədə ittiham olunan şəxslərin saxlanılması və edam edilməsi barədə məlumatlar yayır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV