Modern.az

İli 1997-ci ildən köhnə xarici maşınların Azərbaycana gətirilməsi qadağan olunub

İli 1997-ci ildən köhnə xarici maşınların Azərbaycana gətirilməsi qadağan olunub

Ölkə

2 İyul 2010, 10:43

 

Modern.az saytı xəbər verir ki, ötən gündən Azərbaycanda Avro-2 standartlarının tətbiqinə başlanıb. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ölkə ərazisinə buraxılacaq avtomobillərin siyahısı da dəqiqləşib. Belə ki, normativ sənədlərə əsasən buraxılış ili 2006-cı ildən köhnə olan Rusiya maşınları ölkə ərazisinə buraxılmayacaq. Bu müddət Avropa avtomobilləri üçün isə 1997-ci il müəyyən edilib. İllər istehsalçı ölkələrin Avro-2 standartlarına keçidi ilə bağlıdır. Avropa Birliyində Avro-2 standartlarına 1997-ci, Rusiyada isə 2006-cı ildən keçilib. Ölkənin neftayrıma zavodlarında istehsal olunan benzin və dizel yanacağı da yeni standartlara uyğundur. Dövlət Gömrük Komitəsi isı artıq yeni qaydaların tətbiqinə başlanıldığı barədə məlumat verib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı