Modern.az

WUF13-də bayraqlar endirildi

WUF13-də bayraqlar endirildi

Ölkə

Bu gün, 17:35

Bakıda təşkil olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yekunlaşıb.

Modern.az xəbər verir ki, mayın 22-də forumun keçirildiyi Bakı Olimpiya Stadionunda BMT-nin rəsmi bayrağı və Azərbaycanın Dövlət Bayrağı endirilib.

Bayraqların endirilməsi mərasimi WUF13-ün rəsmi bağlanışını ifadə edib.

Qeyd edək ki, mayın 17–dən 22-dək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilən WUF13 176 ölkədən 57 mindən çox iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı