Modern.az

“Dövlətqaçqınkom”a torpaq sahələri ayrılıb

“Dövlətqaçqınkom”a torpaq sahələri ayrılıb

Ölkə

19 İyul 2010, 14:53

st1:*{behavior:url(#ieooui) }

Baş nazirinin müavini, “Dövlətqaçqınkom”un sədri Ə.Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda cari ilin ötən altı ayının yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. İclasda “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan və vu sənədə Əlavələrdə

nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, Ağdam rayonu ərazisində məskunlaşmış 689 məcburi köçkün ailəsi üçün bütün infrastrukturu olan müasir tipli qəsəbənin, Naftalan şəhərindəki “Qarabağ” sanatoriyasında 164 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun ərazisində 3 ədəd beşmərtəbəli yaşayış binasının, Yevlax ərazisində 612 məcburi köçkün ailəsi üçün 10 ədəd beşmərtəbəli binadan ibarət məhəllənin tikinti işləri davam etdirilir. O da qeyd olunub ki, Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin məskunlaşdıqları yataqxana, ictimai bina, sanatoriyalarda təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin 50-sində təmir işləri başa çatdırılıb, qalan 80 obyektdə isə təmir işləri sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən Dünya Bankının kredit vəsaiti hesabına həyata keçiriləcək. İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi, Mingəçevir şəhərində 502 ailə üçün, Şəkidə 423, Ağcabədi ərazisində fin tipli qəsəbələrdə və məktəblərdə məskunlaşmış 1108 ailə, Ağdam rayonunun “Dördyol” adlanan ərazisindəki yeraltı qazmalarda, çiy kərpicdən tikilmiş daxmalarda yaşayan 932 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində, 758 ailə üçün Abşeron rayonunun Masazır kəndi ərazisində, həmçinin, Müdafiə Nazirliyinin hərbi hissəsinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailəsi üçün sosial-texniki infrastrukturu olan yeni qəsəbələr və çoxmərtəbəli yaşayış binaları üçün torpqa sahələri ayrılıb. Qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması baxımından yeni iş yerlərinin yaradılması da diqqət mərkəzində olduğu qeyd edilib. Altı ayda 702 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunub. Bundan əlavə 112 nəfərə işsiz statusu verilib, 134 nəfərə işsizlik müavinəti təyin olunub. 253 nəfər əmək bazarının tələbləri əsasında peşə hazırlığı kurslsrına, 217 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. 2010 –cu ilin 6 ayı ərzində MKSİF tərəfindən 39 mikrolayihədən 21 min nəfər əhali, o cümlədən, 13,9 min nəfər məcburi köçkün faydalanıb. Nazirlər Kabinetinin sərəncamilə Bakı şəhərində hərbi hissələrə aid binalarda məskunlaşmış 289, Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış 384 və Abşeron rayonunda məskunlaşmış 376 məcburi köçkün ailəsinin köçürülməsi məqsədilə “Dövlətqaçqınkom”a Qaradağ rayonunun inzibati ərazisindəki 14 nömrəli qış otlağından 22 ha torpaq sahəsi ayrılıb. Kollegiya iclasına “Dövlətqaçqınkom”un sədri Əli Həsənov yekun vurub.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı