Modern.az

Orta məktəblərin sanitar vəziyyəti yoxlanılacaq

Orta məktəblərin sanitar vəziyyəti yoxlanılacaq

Ölkə

3 Avqust 2010, 12:44

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) yeni dərs ili ərəfəsində Bakıdakı ümumtəhsil müəssisələrinin sanitar vəziyyəti ilə bağlı reydlər keçirəcək.
RGEM-dən Modern.az-a bildirilib ki, reydlərdə məqsəd məktəblərdə şagirdlərin sağlamlığına mənfi təsir göstərən amillərin olub-olmamasını müəyyənləşdirməkdir.

RGEM əməkdaşları məktəb binalarındakı dəhlizlərin, sinif otaqlarının təmizliyinə, bufet və yeməkxanaların şəraitinə, suyuducuların işləyib-işləməməsinə, ventilyasiya sisteminin necə qurulmasına diqqət yetirəcək, ayaqyollarının axar su təminatının olub-olmadığını yoxlayacaqlar. Yoxlamalar başa çatandan sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəticələri ümumiləşdirərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında müvafiq təkliflərlə çıxış edəcək. 

Qeyd edək ki, hazırda orta məktəblərdə təmir-bərpa və sanitar-gigiyenik işlər həyata keçirilir. Həmin işlər avqustun 12-dək yekunlaşmalıdır. Çünki avqustun 12-də bəzi müəllimlərin yay məzuniyyəti başa çatacaq və işə çıxacaqlar.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı