Modern.az

ABU-nun tələbələri barədə qərar bazar ertəsi açıqlanacaq

ABU-nun tələbələri barədə qərar bazar ertəsi açıqlanacaq

Страна

8 Sentyabr 2010, 10:56

Sentyabrın 1-də təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Fəaliyyəti dayandırılan ABU tələbələrinin digər özəl ali məktəblərə köçürülməsi ilə bağlı əmrlər yaxın vaxtlarda Təhsil Nazirliyinin internet saytında açıqlanacaq. Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabov Modern.az saytına bildirib ki, hələlik nə qədər tələbənin ABU-da oxuması barədə dəqiq məlumat yoxdu. “ABU-da 29 fakültə fəaliyyət göstərirdi. Onların hamısı öz tələbələrinin siyahısını Təhsil Nazirliyinə təqdim etməyib. ABU-nun işçilərinin çoxu məzuniyyətdə olduğu üçün siyahının dəqiqləşməsi gecikib”. İ.Vahabovun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının keçirdiyi imtahanlarla ABU-ya ümumilikdə 2 minə yaxın tələbə daxil olub. ABU-nun qanuni tələbələrinin hansı özəl ali məktəbə köçürüləcəyi gələn həftənin 1-ci günü məlum olacaq. Qanunsuz tələbələrlə bağlı isə dəqiqləşmə aparılır”. Mail Ağaxanov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı