Cari ilin ikinci rübündən etibarən Gəncədə telefon nömrələri yeddirəqəmli olacaq. Gəncə telekommunikasıya qovşağından verilən məlumata görə, Gəncədə fəaliyyətdə olan bütün ATS-lərin elektronlaşdırlması işi başa çatmaq üzrədir.
Təkcə “54” saylı ATS-in yenidən qurulması nəticəsində nömrə tutumu 5 min ədəd, “55” saylı ATS-in yeniləşdirilməsindən sonra isə nömrə tutumu 2 min ədəd artıb. Əhalinin telefon rabitəsinə olan ehtiyacı nəzərə alınaraq, mövcud bütün nömrələrin əvvəlinə “5” rəqəmi artırılıb. Çinin “Huwei Technologies” şirkətinin istehsalı olan avadanlığın quraşdırılmasında son tamamlama işləri görülür.