Modern.az

Bakıya 52 ədəd yeni avtobus gətirilib

Bakıya 52 ədəd yeni avtobus gətirilib

Eğitim

11 Mart 2011, 16:35

Bakıya 52 ədəd yeni avtobus gətirilib. Nəqliyyat Nazirliyinin məlumatına görə, həmin avtobuslar regionlarda və paytaxtda ehtiyac olan istiqamətlərə yönəldiləcək.
Nazirlikdən bildirilib ki, paytaxtda və regionlarda sərnişindaşıma sahəsində aparılan islahatların davamı olaraq gətirilən 52 ədəd iri və orta tutumlu avtobus 3 modeldədir. 25 (+14), 28(+14) yerlik orta tutumda və 50(+2) yerlik iri tutumda olan yeni TEMSA markalı avtobuslar Türkiyə istehsallıdır. Yeni avtobusların əsasən rayonlararası sərnişindaşımada istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda Nəqliyyat Nazirliyi həmin avtobusların hansı xətt üzrə reysə buraxılacağını müəyyənləşdirir. Qeyd edək ki, 50 (+2) yerlik iri tutumlu avtobuslarda sərnişinlərin rahatlığı üçün hər şərait var. Monitordan, kondisionerdən, lazımi mətbəx avadanlıqları-soyuducu, çay dəstindən əlavə avtobuslarda ayaqyolu da quraşdırılıb. Bundan əlavə yeni avtobuslarda təyyarələrdə olduğu kimi sərnişinlərə xidmət göstərən şəxslər də işləyəcək.

Modern.az
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı