Modern.az

İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov qapalı görüş keçirib

İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov qapalı görüş keçirib

Education

7 Mart 2013, 22:10

Martın 7-də Müsavat Partiyasının qərargahında Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin və "EL" hərəkatının təmsilçisi Eldar Namazovun iştirakı ilə üçtərəfli qapalı toplantı keçirilib.

Bu barədə minval.az saytına məlumat verən mənbə bildirib ki, görüşdə seçki ilində ölkədəki siyasi situasiya və ölkənin demokratik qüvvələrinin konsolidasiyası problemləri müzakirə olunub.

Görüşdən sonra saytın əməkdaşı ilə söhbətində  Müsavat başqanı deyib ki, görüş pozitiv şəraitdə keçirilib və bir sıra məsələlər müzakirə olunub. İsa Qəmbər müzakirə olunan məsələlərlə bağlı sonrakı suallara cavab verməkdən imtina edib.

Görüşdə həm də Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası müzakirə edilib. Tamamilə mümkündür ki, tərəflər növbəti həftə yenidən bir araya gəlsinlər.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı