Modern.az

Lavrovun kritik Türkiyə səfəri başladı

Lavrovun kritik Türkiyə səfəri başladı

Образование

17 Aprel 2013, 10:18

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə rəsmi səfəri başlayıb. Modern.az türk mətbuatına istinadən  xəbər verir ki, Lavrov dünən axşam saatlarında şəxsi təyyarə ilə İstanbuna gəlib. VİP salondan hava limanına enən diplomatı Rusiya səfiri və İstanbuldakı konsulluq nümayəndələri qarşılayıb.

XİN rəhbəri səfər zamanı iki ölkə arasında birgə nazirlər kabineti kimi fəaliyyət göstərən Əməkdaşlıq Şurasının yığıncağında iştirak edəcək.

Ankaraya səfəri zamanı rusiyalı nazir türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcək. Görüş zamanı Suriyadakı mövcudla bahəm Orta Şərqdə hadisələr və iki ölkə arasındakı əlaqələr müzakirə olunacaq.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı