Modern.az

Dövlət Baxçalıdan sərt xəbərdarlıq: “Ərdoğana sui-qəsd ola bilər”

Dövlət Baxçalıdan sərt xəbərdarlıq: “Ərdoğana sui-qəsd ola bilər”

Təhsil

19 İyun 2013, 09:50

Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Gəzi olayları ilə bağlı növbəti dəfə çıxış edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiya sədri baş nazir Rəcəb Tayyib Ərdoğana sui-qəsd ola biləcəyi ilə bağlı həyəcanlı açıqlama verib.

MHP sədri “Menderesin asılmasını, Turqut Özalın zəhərlənməsini təşkil edənlər indi də Ərdoğanın vurulmasına hazırlanır?!” – deyə vurğulayıb. Dövlət Baxçalı qeyd edib ki, indiki iqtidarın uğurlarını görməzlikdən gələn qüvvələr hərəkət keçiblər. “Hər dəfə dediyim kimi, marginal qruplar, qeyri-qanuni fəaliyyət göstərən təşkilatlar haqqında hər cür araşdırma aparılmalıdır”-deyən MHP sədri əlavə edib ki, terroristlərlə sonuna qədər mübarizə aparılmalıdır. Baxçalı bununla yanaşı hakim AKP-nin də siyasətini tənqid edib.

Xatırladaq ki, Gəzi parkının sökülməsinə etiraz əlaməti olaraq başlana  aksiyaların miqyası genişlənib. Qarşıdurmalar zamanı 5 nəfərin öldürüldüyü bildirilir.

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı