Modern.az

Şamaxıda ayı iki nəfəri parçalayıb - VİDEO

Şamaxıda ayı iki nəfəri parçalayıb - VİDEO

Eğitim

24 İyun 2013, 01:12

Şamaxı rayonunda ayı iki nəfəri parçalayıb. Şamaxı rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə iyunun 23-də axşam saatlarında rayonun Qaladərəsi və Çeşmədil kəndərində baş verib. 

Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər.

Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. F. Nuriyeva bədəninin müxtəlif nahiyyələrindən dişlək və çırmaq yaraları ilə xəstəxanaya yerləşdirilib.

Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb. O, ölümcül xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı