Modern.az

ADA –da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq

ADA –da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq

Təhsil

29 Noyabr 2013, 16:39

ADA Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb. Müqaviləyə əsasən ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq. Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa İttifaqı üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək. Magistartura proqramının ADA-nın 2007-ci ildən bəri əməkdaşlıq etdiyi Belçikanın Avropa Kolleci ilə birgə həyata keçiriləcəyi planlaşdırılır.

Qrant müqaviləsi əsasında, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA-nın professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər görüləcək.

Yaradılacaq Avropa İttifaqı üzrə magistratura proqramı  ADA-nın  Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistratura proqramının təkibində həyata keçiriləcək. Qeyd edək ki, 2014-2015-ci akademik il üçün ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər İctimai Siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbulu davam edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı