Modern.az

Cəmil Həsənli İsa Qəmbərlə görüşündən danışdı

Cəmil Həsənli İsa Qəmbərlə görüşündən danışdı

Təhsil

21 Dekabr 2013, 10:51

“Milli Şuraya daxil olan bütün rəhbər şəxslərlə tez-tez görüşürəm”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. O, Müsavat Partiyasının başqanı İsa Qəmbərlə bir sıra lazımlı məsələləri müzakirə etdiyini bildirib. C.Həsənlinin sözlərinə görə, Milli Şuradakı siyasətçilərlə görüş cədvəl üzrə aparılmır: “Belə bir cədvəlimiz yoxdur. Dostlarımızın hansının vaxtı görüşə imkan verirsə, onunla da görüşük”.

Qeyd edək ki, dekabrın 20-də Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Milli Şuranın sədri Cəmil Həsənli arasında görüş Müsavatın qərargahında baş tutub.

İlkin

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı