Modern.az

Deputatlar güzəştlərini ləğv etdilər

Deputatlar güzəştlərini ləğv etdilər

تحصیلات

28 Fevral 2014, 14:26

Ukrayna parlamentində deputatlar üçün nəzərdə tutulan güzəştlərin ləğvi və məhdudlaşdırılması qanun qəbul olunub. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu gün Ali Radada səsverməyə çıxarılan layihənin lehinə 301 deputat səs verib. Eyni zamanda “Xalq deputatı statusu haqqında” qanunun da bəzi normaları çıxarılıb. 

 

Xatırladaq ki, baş nazir Arseni Yatsenyuk Nazirlər Kabinetinin fevralın 27-də keçirilən iclasında bəyan edib ki, sərt iqtisadi tədbirlər səbəbindən nazirlərə dövlət maşınlarından istifadə də qadağan edilib.

 

 

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı