Modern.az

Xanım deputatların sevdikləri, arzu və istəkləri - FOTOLAR

Xanım deputatların sevdikləri, arzu və istəkləri - FOTOLAR

Eğitim

8 Mart 2014, 00:31


Modern.az saytı Milli Məclisin 19 xanım deputatından seçmə fikirləri təqdim edir...

 

14 saylı Xəzər ikinci seçki dairəsi - Mehriban Əliyeva: "Mənim xüsusi olaraq sevdiyim rəng yoxdur".

 

84 saylı Füzuli seçki dairəsi - Bahar Muradova: "Mən bənövşəni çox sevirəm".

 

21 saylı Nəsimi birinci seçki dairəsi - Aytən Mustafayeva: "Gənclərimizin gələcəyi ziyalılardan asılıdır".

 

25 saylı Nizami ikinci seçki dairəsi - Sədaqət Vəliyeva: "Ən çox ağ rəngi sevirəm, o təmizliyin və sağlamlığın simvoludur".

 

30 saylı Suraxanı birinci seçki dairəsi - Sevinc Fətəliyeva: "Uşaqlıqda mən opera müğənnisi olmağı arzulayırdım".

 

41 saylı Sumqayıt birinci seçki dairəsi - Leyla Abdullayeva: "Mən qismətə inanıram.., səyahət etməyi xoşlayıram...".

 

50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi - Zeynəb Xanlarova: "Mən rəsmiliyi sevmirəm, hətta "Siz" deyə müraciət forması da xoşuma gəlmir".

 

71 saylı Masallı kənd seçki dairəsi - Elmira Axundova: "Mənim ən sevdiyim mahnı "Küçələrə su səpmişəm"dir".

 

92 saylı Zərdab-Ucar seçki dairəsi - Jalə Əliyeva: "Fortopiano çala bilirəm, amma rəqs etməyi daha çox xoşlayıram".

 

94 saylı Bərdə kənd seçki dairəsi - Gövhər Baxşəliyeva: "Kişilər güclü qadınlardan qorxmalı deyillər".

 

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi - Gülçöhrə Məmmədova: "Mən tez-tez rəngli yuxular görürəm". 

 

98 saylı Şəmkir şəhər seçki dairəsi - Sahibə Qafarova: "Heç vaxt öz yaşımı gizlətməmişəm".

 

 99 saylı Şəmkir kənd seçki dairəsi - Məlahət İbrahimqzı: "Göy qurşağının bütün rəngləri gözəldir".

 

103 saylı Gədəbəy seçki dairəsi - Sevinc Hüseynova: "Uşaqları elə böyütməliyik ki, onlar bizdən güclü olsunlar".

 

105 saylı Tovuz seçki dairəsi - Qənirə Paşayeva: "Həyat şahmat oyunu kimidir".

 

109 saylı Balakən seçki dairəsi - Rəbiyyət Aslanova: "Son beş ildə 11 min ərizəyə baxmalı olmuşam".

 

111 saylı Zaqatala - Balakən seçki dairəsi - Kamilə Əliyeva: "Dünya poeziyasız çox darıxdırıcı olar".

 

117 saylı Oğuz-Qəbələ seçki dairəsi - Aqiyə Naxçıvanlı: "Gəncliyimdə muğamı anlamırdım, amma indi saatlarla qulaq asıram".

 

122 saylı Xankəndi seçki dairəsi  - Flora Qasımova: "Elə bir qadın tanımıram ki, sülhə qarşı olsun".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı