“Milli Şuraya qərargah axtarılır. Bilirsiniz ki, hakimiyyət müxalifət partiyalarına qərargah ayırmır. Ona görə də işlər bir qədər çətindir”.
Bunu
Modern.az-a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, ofislə bağlı mümkün variantlardan istifadə edilir.
O qeyd edib ki, Milli Şura iclasların keçirilməsi üçün hansısa partiya ilə danışıqlar aparmır:
“Heç bir partiya ilə danışıq aparmırıq. Milli Şuranın hansısa partiyanın ofisində oturmaq fikri yoxdur. Münasib ofis axtarılır. Hələ ki müvəqqəti müəyyən yerlərdən istifadə edirik. Çalışırıq ki, Milli Şuranın ayrıca ofisi olsun”.
Qeyd edək ki, Milli Şuranın iclasları Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında keçirilirdi. Qərargah söküldükdən sonra Milli Şuranın işində ciddi əngəllər yarandı.
İlkin PİRƏLİ