Modern.az

Qazaxda bir ev niyə qana boyandı?

Qazaxda bir ev niyə qana boyandı?

Təhsil

17 Mart 2014, 12:30

“75 yaşıma qədər eşitməmişəm ki, göydən qan yağsın. Ola da bilər ki, hər hansı bir zavod havaya həddindən artıq qırmızı rəngdə kükürd buraxıb. Bu isə ilk növbədə buxarla birləşib və su, yağış qırmızı rəngə çalıb. Onun yalnız bir insanın həyətinə yağması isə qeyri-mümkündür”. Bunu Modern.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Qeyd edək ki, dünən televiziya kanallarında Qazax rayonunun Qarapapaq kəndində 66 nömrəli evin həyətinə səhər saatlarında qan yağmasıyla bağlı süjet göstərilib. Kənd sakini Cəmilə Namazova bildirib ki, səhər saat 11 radələrində onun həyətinə qəfildən qan yağıb.

Kənd sakinləri bu hadisəni möcüzə adlandırıblar.

 

 

Gülşən Raufqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı