Ötən il dekabr ayının sonunda komaya düşən Formula-1 üzrə yarışın qalibi, məşhur dünya çempionu Mixail Şumaxer ayılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 45 yaşlı idmançının meneceri Sabina Kem deyib ki, səhhəti yavaş-yavaş yaxşılaşır. Onun sözlərinə görə, Şumaxer hətta həyat yoldaşı Korinnanı tanımağa da başlayıb. Bununla yeddiqat dünya çempionunun mətbuat katibi qeyd edib ki, hələlik onun orqanizmi çox zəifdir, bu səbəbdən müəyyən müddət ayılır, sonra yenə yuxuya gedir.

Modern.az