İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfər edəcək. Modern.az Tehran radiosuna istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov məlumat verib. O bildirib ki, Azərbaycan dövlət başçısı İranda səfərdə olarkən Həsən Ruhanini Bakıya dəvət edib. “ Hazırda bu səfərin yaxın gələcəkdə prezident Ruhaninin iş qrafikinə uyğun baş tutması üçün işlər görülür”,-deyə səfir qeyd edib.