Modern.az

Deputatlar Cənub bölgəsində silsilə görüşlər keçirdilər - FOTOLAR

Deputatlar Cənub bölgəsində silsilə görüşlər keçirdilər - FOTOLAR

Eğitim

27 Aprel 2014, 19:36

Modern.az syatı xəbər verir ki, Milli Məclisin deputatları Hadı Rəcəbli və Hüseynbala Mirələmov cənub bölgəsinin rayonlarında ardıcıl olaraq ziyalılar və zəhmət adamları ilə silsilə görüşlər keciriblər. Belə görüşlərdən biri bu gün Masallı rayonunun Mahmudavar kəndində olub. Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və millət vəkili, yazıçı publisist Hüseyndala Mirələmov iştirak edib. Millət vəkilləri ziyalılar və zəhmətkeşlər qarşısında çıxış edərək, ölkədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən, əhalinin sosial müdafiəsi istiqamətində atılan addımlardan, siyasi proseslərdən, eləcə də Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramının yerinə yetirilməsindən danışıb, prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr barədə ətraflı söhbət açıblar.

Çıxış edən prezident təqaüdçüsü Şirvan Əbilov, əməkdar müəllim Musarıza Mirzəyev, tarix müəllimi Qumru Əhmədova və məktəb direktoru Xanım Əliyeva ölkədə aparılan sosial-iqtisadi inkişafa,  Masallı rayonunda və kəndlərdə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə dərin minnətdarlıqlarını bıldiriblər.

Həmçinin bu gün Lənkəran seçicilərindən bir qrupu ilə “Palıdlı-Sahıl” istirahət mərkəzində yay turizm mövsümünə hazırlıqla bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahəsində görülən işlər ətraflı müzakirə edilib. Deputatlar qeyd ediblər ki, prioritet sahə olan istirahət biznesi və turizmlə bağlı kiçik sahibkarlığa göstərilən qayğı və diqqət xüsusilə əhəmiyyətlidir.

Hadı Rəcəbli sosial rifah dövlətinin yaradılmasında orta təbəqənin formalaşmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, burada kicik sahibkarlığın yeri və rolundan ətraflı söz açıb. Millət vəkili onu da qeyd edib ki,təkcə bu sahələrin ardıcıl inkişafı nəticəsində, ölkədə son bir ildə 1200-dən cox yeni iş yeri yaradılıb.

Çıxış edən sahibkarlar istirahət biznesi sahəsində özəl bölmənin inkişafı üçün yaradılan münbit şəraitdən razılıqlarını ifadə ediblər. Burada bir həqiqət vurğulanıb ki, ardıcıl, təşəbbüskar, ölcü-bicili iş aparan sahibkarlar daim uğur qazanırlar.

Odur ki, sahıbkarlar bu şəraiti onlar ücün yaradan prezident İlham Əliyevə minnətdar olduqlarını xüsusi qeyd ediblər.








Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı