Modern.az

Kaliforniya Ştatı Dağlıq Qarabağın “müstəqilliyini” tanıdı

Kaliforniya Ştatı  Dağlıq Qarabağın “müstəqilliyini” tanıdı

Eğitim

9 May 2014, 00:19


ABŞ-ın Kaliforniya Ştatı Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin “müstəqilliyini” tam olaraq tanıyıb. Modern.az erməni qaynaqlarına istinadən xəbər verir ki, bir müddət öncə Kaliforniya ştatının parlamentinə təqdim olunan qanun layihəsi qanunverici orqan tərəfindən dəstəklənərək qəbul edilib.

  Qeyd edək ki, may ayının 6-da qanun layihəsi birinci oxunuşdan keçmişdi. May ayının 8-də isə Kaliforniya Məclisinin hər iki palatasında keçirilən səsvermənin nəticələrinə görə isə qondarma Dağlıq Qarabağ “Respublikası”nın  “müstəqilliyi” tam şəkildə tanınıb.  

Xatırladaq ki, “Dağlıq Qarabağ Respublikası”nın tanınması üçün qanun layihəsini Los-Anceles şəhərindən olan deputat Mayk Qato Kaliforniya parlamentinə təqdim etmişdi.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı