Modern.az

Hacı Salman QƏZƏBLƏNDİ: “Molla üçün vahid geyimin KİV-ə nə dəxli var?”

Hacı Salman QƏZƏBLƏNDİ: “Molla üçün vahid geyimin KİV-ə nə dəxli var?”

Təhsil

15 May 2014, 12:56

“Azərbaycanda ruhanilərin vahid geyim forması olacaq. Bu məsələ artıq həll olunub”. Bu sözləri Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev din xadimlərinin vahid dini geyimlə bağlı mövzunu şərh edərkən bildirib. Lakin Hacı Salman bu barədə olan sualı qəzəblə qarşılayıb.
“Bunu mətbuatda işıqlandırmaq nəyə lazımdır? Paltar olacaq. İndi paltarın forması necə seçiləcək, bunun mətbuata nə dəxli var? Paltar lazımdırmı sizə?”-deyə QMİ rəsmisi narazılıq edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev bir ay ərzində din xadimlərinin vahid geyim məsələsinin həllini tapacağını bildirib:

“Necə vaxtdır, dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli tapşırılmışdı. Nəhayət Kamal Abdulla dövlət müşaviri təyin olunandan sonra məsələ həllini tapdı”.

Hörmətli Hacıya bildirirk ki, vahid geyim forması barədə qərar kifayət qədər diqqətçəkən məsələdir və burada mətbuatın marağının olması da təbiidir.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı