Modern.az

Temperatur 35 dərəcəyə çatacaq

Temperatur 35 dərəcəyə çatacaq

تحصیلات

15 May 2014, 13:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz olacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-18, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı