Modern.az xəbər verir ki, Türkiyənin Soma mədənində baş verən partlayışda həyatını itirənlərə şəhid statusu veriləcək. Bununla bağlı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan təlimat verib.
Təlimata əsasən terror aktları zamanı həyatını itirən şəxslər üçün işlədilən “mülki şəhid” ifadəsi Soma faciəsi zamanı həlak olan mədənçilər üçün də istifadə olunacaq.
Bundan sonra Somada həlak olan mədənçilər barəsində “mülki şəhid” ifadəsi işlədiləcək. Təlimata əsasən həlak olan mədənçilərin ailə üzvləri qısa müddət ərzində iş və maaşla təmin ediləcək.
Qeyd edək ki, Somadakı mədən faciəsində həyatını itirən işçi sayı 301-ə çatıb. Bu faciədən 485 işçi canlı olaraq xilas olub.
Modern.az