Modern.az

“Ermənilərin Araz xülyası baş tutan deyil” - EKSPERT

“Ermənilərin Araz xülyası baş tutan deyil” - EKSPERT

Təhsil

22 May 2014, 12:47



“İçməli və suvarmaya yararlı su mənasız şəkildə Ermənistandan Xəzərə axmalı deyil”. Bu sözləri Ermənistan baş naziri Ovik Abramyan parlamentdə hökumətin yeni proqramını təqdim edərkən bildirib. Belə ki, Ermənistan hökuməti Arazın üstündə Yeqvard, Vedi, Kap və Mastar məntəqələrində 4 su anbarı tikməklə Beynəlxalq qaydalara zidd gedərək, Azərbaycana ekoloji baxımdan zərər vurmaq istəyir.
Modern.az bununla bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun fikirlərini öyrənib. “İlk növbədə Beynəlxalq aləmdə qanun-qayda var. Araz çayının suyundan tamanilə kənd təsərrüfatı məhsullarını yetişdirmək üçün istifadə etsələr, bu mütləq qanuni şəkildə qonşu dövlətlər- İran, Azərbaycan və dünya ictimaiyyətindən razılıq alınaraq baş tuta bilər. Mənə elə gəlir ki, buna heç kim icazə verə bilməz. Azərbaycanı iqtisadi cəhətdən blokadaya salmaq istəyirlər. Ama mən inanmıram ki, onlar bu istəklərinə nail ola bilsinlər. Hər şeydən əvvəl bunun üçün yüksək maddi xərc lazımdır. Kimdir onlara bu yardımı edən? Rusiyanın köməyilə baş tutması isə mümkün deyil, çünki Rusiya istəməz ki, Azərbaycanla münasibətləri bu hadisəyə görə zədələnsin”.

Ayşən Mönsümlü

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı