Modern.az

İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı

Təhsil

Bu gün, 17:23

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2026-cı il mayın 10-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.

DİM-dən Modern.az-a verilən xəbərə görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı