Modern.az

Terrorçular təyyarənin qəzaya uğradığı yeri mühasirəyə alıblar

Terrorçular təyyarənin qəzaya uğradığı yeri mühasirəyə alıblar

Education

18 İyul 2014, 13:48



Terrorçu “Donetsk Xalq Respublikası”nın (“DXP”) yaraqlıları Ukraynanın Donetsk vilayətində Malayziyaya məxsus təyyarənin qəzaya uğradığı ərazini mühasirəyə alaraq xilasedicilərin işləməsinə imkan vermirlər. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, özünü “DXP”nin baş naziri elan edən Andrey Purqin təyyarənin qalıqlarının 12 kilometrlik əraziyə səpələndiyini bildirib. Onun sözlərinə görə həmin ərazini 600 nəfər mühafizə edir.

  Ukraynanın fövqəladə hallar üzrə dövlət xidməti isə bəyan edib ki, silahlı yaraqlılar xiasedicilərə həlak olanların tapılması prosesində mane olurlar. Xatırladaq ki, iyulun 17-də “Boing-777” təyyarəsinin vurulması nəticəsində 298 nəfər həlak olub.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı