Modern.az

Lerikdə zəlzələ oldu - 4 bal

Lerikdə zəlzələ oldu - 4 bal

تحصیلات

7 Avqust 2014, 14:12

Lerik rayonunda zəlzələ olub. Modern.az xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 12:26-da Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4,0 bala yaxın, ocağa yaxın yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunub. İlkin məlumata əsasən, dağıntı və insan tələfatı yoxdur.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı