Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, ölkənin şimal-şərqindəki Sari şəhərində cinayətkar dəstə həbs edilib. Quldurluq, qarət və qətllərlə məşğul olmuş şəxslər ictimai qınaq üçün şəhər əhalisi qarşısına çıxarılıb. Şəxsiyyətlərinin gizli qalması üçün onlar üzlərini örtməyə cəhd göstəriblər.


