Modern.az

Merkel Putinə zəng etdi

Merkel Putinə zəng etdi

Education

27 Avqust 2014, 22:51


Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefonla Minsk görüşünün perspektivini müzakirə edib.

Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, hər iki lider Ukrayna böhranının nizama salınması üçün beynəlxalq səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Kreml rəhbəri və Almaniya kansleri Ukraynada qan tökülməsinin tezliklə dayandırılmasının vacibliyindən söz açıb.

Putin və Merkel Ukrayna vasitəsi ilə Rusiya qazının Avropaya tranziti məsələsinin aktuallığına da toxunublar.   Telefon danışığı Almaniya kanslerinin təşəbbüsü ilə olub.  

Qeyd edək ki, Minskdə Gömrük İttifaqı ölkələri rəhbərləri ilə Ukrayna prezidenti Pyotr Poroşenko arasında görüş olub. Görüşdə Avropa Birliyinin rəsmiləri də iştirak edib. Minskdə Rusiya və Ukrayna liderlərinin təkbətək görüşü də olub.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı