Modern.az

Yadigar Sadıqlı Müsavat başqanlığına ilk namizəd oldu

Yadigar Sadıqlı Müsavat başqanlığına ilk namizəd oldu

Təhsil

28 Avqust 2014, 10:57


Müsavat Partiyası başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqlı Müsavat başqanlığına namizədliyini irəli sürüb.

Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, partiya başqanlığına namizədliyi ilk qeydə alınan şəxs Y.Sadıqlı olub. Onun sözlərinə görə, Y.Sadıqlı bu barədə ərizə ilə partiyaya müraciət edib.

Qeyd edək ki, Müsavat Partiyası bu gündən seçki kampaniyası və başqanlığa namizədlərin irəli sürülməsi prosesinə start verib. Kampaniya sentyabrın 17-dək davam edəcək. Partiya qurultayını sentyabrın 27-nə təyin edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı