Modern.az

DİN Şəmkirdəki atışma ilə bağlı məlumat yaydı

DİN Şəmkirdəki atışma ilə bağlı məlumat yaydı

Təhsil

18 Sentyabr 2014, 13:33

Sentyabrın 17-də Şəmkir rayonunun Kür qəsəbəsindəki “Soyuq bulaq” adlandırılan ərazidə qəsəbə sakini Rəşad Məmmədovla Mahmudlu kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Abbasov arasında münaqişə baş verib.

Modern.az saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Məmmədov ov tüfəngindən, N.Abbasov isə “AKM” markalı silahdan bir-birinə atəş açaraq xəsarət yetiriblər. R.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş və ayaq nahiyələrindən xəsarət almış N.Abbasov tutulub. Ondan “AKM” markalı silah və 16 ədəd patron götürülüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı