Modern.az

Qarabağdakı separatçıların keçmiş “prezidenti” qayıtmaq istəyir

Qarabağdakı separatçıların keçmiş “prezidenti” qayıtmaq istəyir

Təhsil

22 Sentyabr 2014, 11:21

Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş “prezidenti” Arkadi Qukasyan əvvəlki postuna qayıtmaq üçün fəallaşıb. Modern.az bildirir ki, bu haqda “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzetin iddiasına görə, Qukasyan Dağlıq Qarabağın müxtəlif dairələri ilə danışıqlar aparılması üçün öz qrupunu yollayır və onlar görüşdükləri yerli adamlara başa salırlar ki, Qarabağın xilaskarı kimi “prezidentliyə” növbəti ən uğurlu namizəd məhz odur.
Qukasyanın hətta öz lobbiçiləri vasitəsilə geri qayıtmaq planı ilə bağlı Moskvada da təbliğat apardığı iddia edilir. Qeyd edək ki, separatçı rejimin indiki rəhbəri Bakı Saakyanın müddətinin başa çatmasına üç il var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı