Modern.az

Milli Məclisin üzvləri gənclərə idmanın əhəmiyyətindən danışdı - FOTO

Milli Məclisin üzvləri gənclərə  idmanın əhəmiyyətindən danışdı - FOTO

Təhsil

24 Sentyabr 2014, 14:15

Dünən Astara rayon Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.Modern.az xəbər verir ki,  tədbirdə millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak ediblər.

Rayonun şəhər, qəsəbə, kənd ümumtəhsil məktəblərinin 6-13 yaş arasında olan oğlan və qızları, onların məşqçiləri və təlimatçılarının cəlb olunduğu, ümumilikdə 190 nəfər məktəblinin iştirak etdiyi musiqili-əyləncəli idman bayramına Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev iştirakçıları salamlayaraq idman bayramı münasibətilə onları təbrik ediblər. İdmanın bütün növlərinə, o cümlədən futbola ölkəmizdə dövlət səviyyəsində böyük diqqət və qayğının olduğunu, ölkə rəhbərliyi tərəfindən qəbul edilən Dövlət Proqramları barədə məlumat veriblər.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqlara minnətdarlıq edərək beşinci dəfə rayonda “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsi çərçivəsində keçirilən bu idman bayramının yetişməkdə olan gənc nəslin sağlam böyüməsində müsbət əhəmiyyətini qeyd edib. İcra başçısı bu cür idman tədbirlərinin keçirilməsinin sağlam gəncliyin yetişməsində müstəsna rolunu qeyd edib, layihənin iştirakçısı olan gənclər arasında gələcəyin beynəlxalq idman yarışlarının, dünya və olimpiya iştirakçılarının yetişəcəyinə inandığını vurğulayaraq məktəblilərə uğurlar arzulayıb.

Tədbir müəyyən olunmuş proqram əsasında davam edib.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı