Modern.az

Asudə vaxtı kompüter qarşısında keçirməyək

Asudə vaxtı kompüter qarşısında keçirməyək

Eğitim

24 Sentyabr 2014, 12:06

Adətən istirahəti yay aylarına salmağa çalışırıq. Çünki asudə vaxtımız nisbətən isti aylarda daha çox olur. Lakin asudə vaxtdan daha düzgün istifadə etmək həm də sağlamlığa xeyirlidir. Bu mövzu elə yay aylarında efirdə olan radio verilişlərdə müzakirə olunub.

Verilişlərin təşəbbüskarı qismində Maarifçi Gənclər İctimai Birliyi çıxış edib. Gənclər Fondunun maliyyə dəstəyi ilə “Asudə vaxt sağlam gənclik deməkdir” adlı layihə çərçivəsində bu mövzuda Araz 103.3 FM də 10 veriliş hazırlanıb. Burada qonaqların iştirakı ilə gənclərin asudə vaxtlarının təşkilinə dair maraqlı məsləhətlər verilib.

Proqramın qonaqlarından Gənclər Fondunun İcraçı Direktoru Faiq Qürbətov, dizayner Ləman Əsgərova, rəssam Emin Qəhrəmanov, rejisor-aktyor Bəhram Bağırzadə, tanınmış jurnalistlər, ziyalılar, tələbələr gənclərin asudə vaxtına dair müzakirələrdə iştirak ediblər.

Layihənin yekununda Maarifçi Gənclər təşkilatı SOS Uşaq Kəndlərinin gənc sakinləri ilə Müharibə və Əmək Əlilləri üçün Pansionatın 180 sakini arasında görüş təşkil edib. Tədbirin əsas məqsədi gənclərin asudə vaxtlarını yalnız kompüter qarşısında keçirməyin deyil, humanist işlərin də önəmini anlatmaqdan ibarət olub. Görüş üçün məhz SOS Uşaq Kəndlərindək uşaqların seçilməsi təsadüfi deyil. Valideyn himayəsi və qayğısından məhrum olan bu azyaşlılar övladlarının laqeydliyi ilə üzləşən ahıllarla söhbət ediblər, onları mənəvi nənə-babaları kimi qəbul etdiklərini bildirblər. Tədbir iştirakçıları bir-birilərinə xatirə hədiyyələri də bağışlayıblar.

Əziz Manaflı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı