Modern.az

Jirinovski 23 saylı məktəbə və Bakı Slavyan Universitetinə gəldi

Jirinovski 23 saylı məktəbə və Bakı Slavyan Universitetinə gəldi

Eğitim

26 Sentyabr 2014, 15:00



Azərbaycanda səfər olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı, qalmaqallı siyasi imicə malik Vladimir Jirinovski bu gün prezident İlham Əluyevlə görüşün ardından Bakıdakı 23 saylı orta məktəbə baş çəkib.
Modern.az saytının məlumatına görə, daha sonra Vladimir Jirinovski Bakı Slavyan Universitetinə gəlib. Onu bu görüşlərdə Milli Məclisin deputatı Səməd Seyidov müşayiət edib.

APA-nın xəbərinə görə, 23 saylı orta məktəbdə  V. Jirinovski 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib. O, şagirdlərdən Turgenev və onun “Mumu” əsəri barədə məlumatlı olub-olmadıqlarını soruşub, sonra 10-cu sinif şagirdləri ilə görüşüb, onlara müxtəlif suallar verib, şagirdlərə hədiyyə kimi odekolon və digər parfüm paylayıb.
Şagirdlərdən biri V. Jirinovskiyə onun öz portretini hədiyyə edib.
V. Jirinovski jurnalistlərə açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, burada insanların rus dilində çox yaxşı danışdıqlarını bildirib. O, Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə aydınlıq gətirib:

“Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbassa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur”.

Qalmaqallı siyasətçi sabah Milli Məclisdə bir sıra görüşlər keçirəcək.

Jirinovski dəfələrlə Azərbaycanı və azərbaycanlıları təhqir etməkdən çəkinməyib. Yalnız son vaxtlar o fikirlərində korrektələr edərək, mövqeyini dəyişib.


Modern.az 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı