Nobel İqtisadiyyat mükafatının sahibi bəlli olub.
Modern.az xəbər verir ki, mükafat fransız iqtisadçı Jan Tirola "bazarın gücü və sistem analizi" üçün verilib. Qeyd edək ki, 61 yaşlı iqtisadçı Jan Tirol Tuluza Sosial Elmlər Universitetinin Sənaye İqtisadiyyatı İnstitutunun direktorudur. O iqtisadiyyat sahəsində 6 kitabın və 100-dən çox məqalənin müəllifidir.
Rüfanə GÜNƏŞ